Geri

İSTİFADƏ QAYDALARI

“INVA” Mobil Tətbiqini (bundan sonra – Mobil Tətbiq) yükləməzdən və istifadə etməzdən əvvəl, zəhmət olmasa bu İstifadə Qaydaları (bundan sonra - Qaydalar) və Məxfilik Siyasəti ilə diqqətlə tanış olun. Bu Qaydalar “Azerbaijan Ground Services” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Operator) ilə sizin (bundan sonra – İstifadəçi) aranızda Mobil Tətbiqdən istifadə ilə əlaqədar münasibətləri tənzimləyir. Bu Mobil Tətbiqi yükləməklə və ondan istifadə etməklə, bu Qaydaların bütün müddəaları ilə razılaşmış olursunuz.

1. Lisenziya

Operator sizə bu Mobil Tətbiqi yükləmək, qurmaq və istifadə etmək üçün geri alına bilən, qeyri-eksklüziv, ötürülə bilməyən, məhdud lisenziya təqdim edir. Bu lisenziya yalnız bu Qaydalarla və mövcud xidmət müqaviləsi (əgər varsa) ilə uyğun şəkildə istifadəyə icazə verir.

2. İstifadəçi Hesabı

Tətbiqdən istifadə üçün sizin aktiv istifadəçi hesabınız olmalı və Operator tərəfindən tətbiq edilən istifadə şərtləri ilə razı olmalısınız. Müvafiq xidmətlərə giriş yalnız qeydiyyat əsasında mümkündür.

3 .Qaydaların Dəyişdirilməsi

Operator bu Qaydaları istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər Mobil Tətbiq vasitəsilə və ya rəsmi veb səhifə üzərindən istifadəçilərə təqdim olunacaq. Dəyişikliklər dərc edildikdən sonra Tətbiqdən istifadənin davam etdirilməsi, istifadəçinin yeni şərtlərlə razılaşması kimi qəbul olunur.

4. Qəbul Edilən İstifadə

İstifadəçi Mobil Tətbiqdən və təqdim olunan xidmətlərdən yalnız qanuni və təyinatına uyğun məqsədlərlə istifadə etməyi öhdəsinə götürür. İstifadəçi, Tətbiqdən başqalarının istifadəsini məhdudlaşdıracaq, zərər yetirəcək və ya texniki sistemə müdaxilə edəcək şəkildə istifadə etməməlidir.

5. Məxfilik və Məlumatların Toplanması

Mobil Tətbiqdən istifadə zamanı istifadəçi məlumatları və texniki məlumatlar toplanaraq Operator və onunla əməkdaşlıq edən üçüncü tərəflər tərəfindən emal oluna bilər. Operator bu məlumatlardan yalnız xidmətin göstərilməsi və funksionallığın təmin olunması məqsədi ilə istifadə edir və məlumatların mühafizəsini qüvvədə olan qanunvericiliyə uyğun şəkildə təmin edir.

6. Elektron Bildirişlərə Razılıq

6.1 Tətbiqi yükləməklə, istifadəçi Operator tərəfindən e-poçt və ya push bildirişlər vasitəsilə bu mövzularda məlumat almasına razılıq verir:

6.2 İstifadəçi bu bildirişlərdən imtina edə və ya parametrləri dəyişdirə bilər.

7. Tətbiqin Dayandırılması və Silinməsi

Operator, istifadəçinin hesabı və ya fəaliyyətində pozuntu aşkar edərsə, Tətbiqə girişini istənilən vaxt məhdudlaşdıra və ya dayandıra bilər. Tətbiqin silinməsi istifadəçinin məlumatlarına giriş hüququnun itirilməsinə səbəb ola bilər.

8. Əqli Mülkiyyət Hüquqları

8.1 Bu Mobil Tətbiqin proqram təminatı, interfeysi, dizaynı və digər texnoloji komponentləri Operatora lisenziya verənlərə məxsusdur və Operator həmin texnologiyanı lisenziya əsasında istifadə etmək hüququna malikdir.

8.2 Tətbiqdən istifadə heç bir halda istifadəçiyə mülkiyyət və ya müəllif hüquqlarının verilməsi kimi qiymətləndirilə bilməz.

9. Üçüncü tərəf xidmətləri

9.1 Xidmətlər Operatorun nəzarəti altında olmayan və ya Operator tərəfindən idarə edilməyən üçüncü tərəf xidmətləri və məzmunu (reklam daxil olmaqla) ilə əlaqədar və birlikdə təqdim edilə bilər. Siz qəbul edir və razılaşırsınız ki, Operator bu cür üçüncü tərəf xidmətlərinə, o cümlədən onların dəqiqliyi, tamlığı, vaxtlı-vaxtında olması, etibarlılığı, müəllif hüquqlarına uyğunluğu, qanuniliyi, ləyaqəti, keyfiyyəti və ya hər hansı digər aspektinə görə məsuliyyət daşımır. Bu üçüncü tərəf xidmətləri fərqli şərt və qaydaların predmetidir və Siz üçüncü tərəf xidmətlərindən istifadə edərkən, həmin xidmətlərin şərt və qaydalarına uyğun hüquqi məsuliyyət daşıyacaqsınız.

9.2 Əgər bu Qaydalar ilə üçüncü tərəf xidmətlərinin şərt və qaydaları arasında ziddiyyət varsa, üçüncü tərəf xidmətlərinə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar həmin xidmətlərin şərt və qaydaları tətbiq olunacaq. Üçüncü tərəf xidmətləri yalnız sizin bu Qaydalar üzrə Xidmətlərdən istifadənin rahatlığı üçün təmin edilir. Operator bu cür üçüncü tərəf xidmətləri ilə əlaqədar heç bir təmsilçiyi və heç bir dəstəyi təmin etmir. Bundan əlavə, Android və İOS əməliyyat sistemini dəstəkləyən Mobil cihazlar (və ya sair proqram təminatı) vasitəsilə Xidmətlərdən istifadə etdiyiniz təqdirdə müvafiq olaraq Google, Inc., Apple Inc. (və ya sair proqram təminatı təchizatçıları) və/və ya onların müvafiq ana müəssisələri, törəmələri müəssisələri, və filialları, bu Qaydaların üçüncü tərəf benefisiarları olacaqlar.

10. Məhdudiyyətlər

İstifadəçiyə qadağandır:

11. Hüquqi Uyğunluq

İstifadəçi bu Tətbiqdən yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə istifadə edəcəyini təsdiq edir. Qanunsuz məqsədlərlə və ya icazəsiz yollarla istifadəyə icazə verilmir.

12. Məsuliyyət və məsuliyyətin məhdudlaşdırılması

12.1 İstifadəçi qəbul edir və razılaşır ki, Mobil tətbiq "olduğu kimi" (as is) şərtlərlə təqdim edilir. Operator Mobil Tətbiq və/və ya onun işi (funksional imkanları/xüsusiyyətləri) İstifadəçinin gözləntilərinə və/və ya tələblərinə uyğun gəlməsinə, həmçinin Mobil tətbiqə girişin fasiləsiz, sürətli, etibarlı və səhvsiz təqdim ediləcəyinə zəmanət vermir. Xidmətlər internetdən və elektron rabitədən istifadəyə xas olan nasazlıqlara və gecikmələrə məruz qala bilər.

12.2 Operator Mobil tətbiqdən istifadə üzrə hər hansı qeyri-qanuni və ya saxtakarlıq aşkar etdikdə və ya buna dair yetərli şübhələr olduqda, İstifadəçi Hesabını bloklaşdırmaq (müvəqqəti və ya həmişəlik) və ya digər məhdudiyyətləri tətbiq etmək hüququna malikdir.

12.3 Mobil tətbiqin root və ya jailbreak (mobil cihazın proqram təminatına müdaxilə) olunmuş cihazlarda işləməsinə zəmanət verilmir.

12.4 İstifadəçi Mobil tətbiqdən istifadə etməyə imkan verən Mobil cihazın proqram təminatına, Mobil tətbiqə İstifadəçi və ya üçüncü şəxslər tərəfindən, habelə bu cihazlarda və proqram təminatında olan “viruslar” və digər zərərli proqramlar vasitəsilə edilən müdaxilələr və ya İstifadəçi tərəfindən bu Qaydaların şərtlərinin və Mobil tətbiqdə yerləşdirilən Xidmətlərdən istifadəyə dair tövsiyələrin pozulması nəticəsində Operator qarşısında və onun itkilərinə görə məsuliyyət daşıyır.

12.5 Operator cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qanunvericilik və ya digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş tələbləri yerinə yetirdikdə İstifadəçinin hesabına məhdudiyyət tətbiq edə bilər.

12.6 Operator İstifadəçinin xəbəri olub-olmamasından asılı olmayaraq üçüncü şəxs tərəfindən İstifadəçinin hesabından icazəsiz istifadəsinə və ya Hesabdan hər hansı formada istifadəsi nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə görə məsuliyyət daşımır.

12.7 İstifadəçinin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində Operatorun hər hansı zərərinin yaranması halında İstifadəçi həmin zərərin əvəzini Operatora tam həcmdə ödəməyə borcludur.

13. Tətbiq Olunan Hüquq

13.1 Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

13.2 Bu Qaydaların icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə pretenziya qaydasında həll edilir.

13.3 Mübahisələr danışıq yolu ilə Pretenziya qaydasında 10 (on) gün ərzində nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.

14. Qarşısıalınmaz qüvvə

Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları qarşısıalınmaz qüvvə (məsələn, dövlət ödəniş sistemlərinin fəaliyyətində nasazlıq, elektrik enerjinin və ya rabitə xidmətlərinin təchizatında fasilələr, zəlzələ, daşqın, yanğın, epidemiya, pandemiya, karantin, tətil, dövlət orqanlarının qərarları, hərbi əməliyyatlar, terror aktları, üçüncü şəxslərin hərəkətləri) nəticəsində Tərəflər bu Qaydalarda qeyd olunan öhdəliklərini qismən və ya tamami ilə icra edə bilmədikdə, Tərəflər belə qarşısı alınmaz qüvvənin davam etdiyi bütün müddət üzrə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddırlar.

15. Əlaqə Məlumatları

Operator: “Azerbaijan Ground Services” MMC
Email: info@avtovagzal.az
Telefon: 1414
Ünvan: Bakı, Azərbaycan, AZ1117 Sumqayıt şosesi 3-cü km

MƏXFİLİK SİYASƏTİ

Bu Məxfilik Siyasəti (“Siyasət”) “Azerbaijan Ground Services” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Operator”) tərəfindən təqdim olunan “INVA” Mobil Tətbiqi vasitəsilə toplanan, saxlanılan və emal olunan şəxsi məlumatlarla bağlı siyasət və prinsipləri müəyyən edir. Operator, INVA Mobil Tətbiqindən istifadə zamanı təqdim etdiyiniz məlumatların məxfiliyini və təhlükəsizliyini qorumağa sadiqdir. Tətbiqdən istifadə etməklə bu Siyasətlə razılaşdığınızı təsdiq etmiş olursunuz.

1. Toplanan Məlumatlar

Tətbiqdən istifadə zamanı aşağıdakı məlumatlar toplanır və emal olunur:

2. Məlumatların Emal Məqsədi

Toplanmış məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:

3. Məlumatların Üçüncü Tərəflərlə Paylaşılması

Şəxsi məlumatlar aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşılır:

4. Məlumatların Saxlanması Müddəti

Şəxsi məlumatlar yalnız zəruri olduğu müddət ərzində və ya qanunvericiliklə müəyyən olunmuş dövr üzrə saxlanılır. İstifadəçi hesabı silindikdə, onun şəxsi məlumatları Operatorun daxili məlumat saxlanma siyasətinə uyğun olaraq arxivləşdirilir və ya silinir.

5. Məlumatların Mühafizəsi

Operator aşağıdakı tədbirlərlə məlumatların təhlükəsizliyini təmin edir:

Lakin istifadəçi internet üzərindən məlumat ötürülməsinin tam təhlükəsizliyinə zəmanət verilmədiyini nəzərə almalıdır.

6. İstifadəçinin Hüquqları

İstifadəçi aşağıdakı hüquqlara malikdir:

Bu hüquqlardan istifadə üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz (bax: Bölmə 8).

7. Çərəzlər və İzləmə Texnologiyaları

Mobil Tətbiqdə istifadəçi təcrübəsini təkmilləşdirmək üçün lokal yaddaş, analiz alətləri və digər izləmə texnologiyalarından istifadə oluna bilər. Bu texnologiyalarla toplanan məlumatlar anonim və statistik xarakter daşıyır.

8. Əlaqə Məlumatları

Məlumatların emalı və ya bu Siyasətlə bağlı suallar üçün bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
Operator: “Azerbaijan Ground Services” MMC
Email: info@avtovagzal.az
Telefon: 1414
Ünvan: Bakı, Azərbaycan, AZ1117, Sumqayıt şosesi, 3-cü km

9. Siyasətdə Dəyişikliklər

Operator bu Məxfilik Siyasətini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər Mobil Tətbiqdə və/və ya rəsmi veb-saytda dərc edildiyi tarixdən qüvvəyə minmiş sayılır.